Donetsk mühasirəyə alındı – Separatçılar şokda
Bizi izləyin

Dünya

Donetsk mühasirəyə alındı – Separatçılar şokda

Bu gün səhər Ukrayna ordusu Luqansk vilayətinin Krasnıy Luç şəhərini azad edib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə separatçıların qərargahından məlumat verilib.

Separatçılar bildiriblər ki, Ukrayna ordusunun şəhəri azad etməsi nəticəsində Donetsk və Qorlovka şəhərləri tam mühasirə vəziyyətində qalıb.

“Kazaklar həmişəki kimi qaçıblar, şəhərdə ancaq onların kiçik dəstəsi qalıb. Dəfələrlə etdiyim xəbərdarlıq təkrarlandı. “Novorossiya” ordusunun Donetsk-Qorlovka qrupu tam mühasirəyə alınıb”, deyə separatçıların lideri İqor Sterlkovun köməkçilərindən biri bildirib.

Qeyd edək ki, Krasnıy Luç şəhəri Donetsk-Luqansk yolunun üzərində yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm