ÜST-ün Baş direktoru koronavirusa qarşı peyvənd olundu
Bizi izləyin

Dünya

ÜST-ün Baş direktoru koronavirusa qarşı peyvənd olundu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa qarşı peyvənd olunub.

Publika.az xəbər verir ki, təşkilat rəhbəri bu barədə özünün "Twitter" səhifəsində bildirib.

Qebreyesus insanları vaksinasiya prosesində iştirak etməyə çağırıb. O bildirib ki, peyvəndlər insanların həyatlarını xilas edir:

"Mənim kimi peyvəndlərin mövcud olduğu bir ölkədə yaşayırsınızsa, xahiş edirəm növbəniz gələndə peyvənd olunun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm