Dünya
Türkiyə Bibliyası xristianlıq tarixinin üstündən xətt çəkdi
Qədim Bibliya nüsxəsi Vatikanın böyük narahatlığına səbəb olub.
Axar.az “Novosti literaturı” saytına istinadən bildirir ki, Türkiyədə tapılmış 1500 il bundan əvvələ aid Bibliya Vatikanın ciddi narahatlığına səbəb olub. Məsələ ondadır ki, qədim kitab İsa Məsihin şağirdlərindən biri olmuş və apostol Pavel ilə birgə səyahət etmiş Varnavanın İncilindən ibarətdir.
Kitab hələ 2000-ci ildə aşkar edilsə də, düz 14 il ciddi şəkildə gizlin saxlanılıb. Hazırda Bibliya Ankarada Etnoqrafik muzeydə qorunur. Onun səhifələri heyvan dərisindən hazırlanıb və zaman-zaman qaralıb. Odur ki, arami dialektində - İsa Məsihin dilindən yazılmış bütün mətni oxumaq mümkün deyil.
Ekspertlər sübut edib ki, kitab orijinaldır: onlar həmçinin mətndən onu da müəyyənləşdiriblər ki, İsa Məsih çarmıxa çəkilməyib və Allahın oğlu deyil. Bu Bibliyada bildirilir ki, İsa peyğəmbər olub və göyə canlı ikən, yəni sağ ikən yüksəlib, Pavel isə apostol deyil, fırıldaqçı olub. İsanın yerinə İuda İskariot çarmıxa çəkilib. Mətndən həmçinin o da məlum olub ki, tezliklə yer üzündə sonuncu islam peyğəmbəri zühur edəcək.
Vatikan Bibliyanı türkiyəli həmkarları ilə birgə katolik ekspertləri tərəfindən daha dərindən incələmək, detalları ilə tədqiqata cəlb etmək niyyətindədir. Belə hesab edirlər ki, katolik kilsəsi Nikey Qurultayında Bibliyanın bir hissəsi olan İncilə senzura tətbiq edib, xüsusilə də İncili Varnavadan kənarlaşdırıb.
-
Sosial20:24
Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi