Yaponiyada güclü zəlzələ oldu
Bizi izləyin

Dünya

Yaponiyada güclü zəlzələ oldu

Mayın 14-də yerli vaxtla səhər saat 8:58 dəqiqədə Yaponiyanın Fukuşima prefekturasının sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Hönşü adasının şimal-şərq sahillərində, ocağı 40 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan olunmasa da, güclü təkanlar paytaxt Tokio da daxil olmaqla, 18 prefekturada hiss olunub.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Yeraltı təkanlardan sonra sürətli qatarların hərəkəti bir müddət dayandırılıb. TEPCO şirkətinin yaydığı məlumata görə, zəlzələ qəzalı vəziyyətdə olan “Fukuşiam-1” AES-də ştatdankənar vəziyyətə səbəb olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm