Erməni pensiyaçıların aclıq dərdi
Bizi izləyin

Dünya

Erməni pensiyaçıların aclıq dərdi

Gündən-günə artan qiymətlər erməni ahılların aldığı kiçik məbləği pensiyanı əlindən alır və minimal istehlak səbətini belə tam təmin edə bilmir.

ANS PRESS-in məlumatına görə, cari ilin birinci yarısında Ermənistanda pensiyaların orta ölçüsü 36 min 27,6 dram (təxminən 88 dollar) təşkil edib. Bu, adambaşına minimal istehlak səbətindən xeyli aşağıdır.

Həmin müddətdə minimal istehlak səbətinin qiyməti isə 44,6 min dram (110 dollar) təşkil edib. Yəni 88 dollar pensiya alan yaşlı adam ölməmək üçün ayda kənardan ən azı 22 dollar da pul qazanmalıdır ki, bunu da hər pensiyaçı edə bilir. Ölkədə rəsmi qeydiyyatda olan əhalinin 15,2%-i, yəni təxminən 450 mindən çox insan pensiyaçıdır. Ölkədə daimi yaşayanların sayının 1,3 milyon olduğu nəzərə alınarsa (erməni mətbuatı belə yazır - red.), Ermənistanda yaşayan hər 3 nəfərdən birinin aclıq keçirdiyini anlamaq olar.

Erməni mətbuatı real vəziyyətin daha acınacaqlı olduğunu vurğulayır. Jurnalistlərin yazdığına görə, minimal istehlak səbəti göstəricisi Ermənistanda düzgün hesablanmır və həyatın real qiymətinə uyğun gəlmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm