Ermənilər təşviş içində evlərini tərk edir: 3 kənd boşaldılıb - Rəsmi
Bizi izləyin

Dünya

Ermənilər təşviş içində evlərini tərk edir: 3 kənd boşaldılıb - Rəsmi

Cəbhə xəttində yaranan gərginliklərdən sonra erməni işğalında olan sərhəd kəndləri demək olar ki, boşaldılıb”.

Bunu AzNews.az-a Tovuz rayonundakı N saylı hərbi hissənin yüksək rütbəli zabiti deyib. Onun sözlərinə görə, düşmən təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusunun qarşı tərəfi gülləbaran etməsindən sonra həmin kəndlərin sakinləri qorxuya düşərək, evlərini tərk ediblər.

Zabit bildirib ki, əsgərlərin müşahidəsinə əsasən Tovuzla üzbəüz olan, ermənilərin Tavuş adlandırdığı rayonunun Nerkinarmiraxpun, Aygepar, Masasxek kəndləri demək olar ki, boş qalıb: “Əhalinin 90 faizi qaçıb”.

O, bizim sərhəd kəndlərində yaşayan əhalinin isə nəinki evlərini tərk etmək, əksinə öz şəraitlərinin daha da yaxşılaşdırmaq üçün çalışdıqlarını bildirib: “Diqqət etsəz görərsiniz ki, burada yeni evlər tikilir. Qeyd edim ki, bizim camaat ermənilər kimi güllə səsini eşidən kimi evlərini tərk etmir. Əksinə, bu günlərdə buranın sakinləri, xüsusən də keçmiş döyüşçülər bizə müraciət edib, səngərlərə getmək istədiklərini bildirirdilər. Əhalidəki yüksək döyüş əhval-ruhiyyəsi adamı heyran edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm