Maydanda iğtişaşlar davam edir
Bizi izləyin

Dünya

Maydanda iğtişaşlar davam edir

Kiyevdə Avromaydan tərəfdarları iğtişaşlar törədib.

ANS TV-nin məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə Avromaydan tərəfdarları meydanı tərk etməkdən imtina ediblər. Onların arasında 2013-cü ilin sonu, 2014-cü ilin əvvəllərində Maydanda barrikadalar quran fəallar da var.

Maydan hərəkatının fəalının sözlərinə görə, Kiyev rəhbərliyi insanlarla danışmaq istəmir və hər şey əvvəlki kimi davam edir.

Kommunal işçiləri gün ərzində barrikadaların bir çoxunu yığışdırmağa nail olsalar da, bəzi çadırlar hələ də Maydandadır. Vaxtilə sabiq prezident Viktor Yanukoviçə qarşı Maydan hərəkatının lideri olan Kiyev meri Vitali Kliçko şəhərdə asayişin bərpa edilməsi üçün etirazçılarla danışıqlar aparmağa çalışdığını deyib.

Etirazçılar bütün Ukraynada sabitlik bərpa edilməyənədək Maydanı tərk etməyəcəklərini bəyan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm