Kürdəmirdə qəza: bir ailənin 5 üzvü yaralandı
Bizi izləyin

Dünya

Kürdəmirdə qəza: bir ailənin 5 üzvü yaralandı

Kürdəmir rayonunda baş verən yol qəzasında bir ailənin 5 üzvü xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, hadisə bu gün saat 14.00 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sorsor kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 55 yaşlı Fərhad Əlihüseyn oğlu Qarayev idarə etdiyi “Mercedes” markalı minik maşının idarəetməsini itirib və yoldan çıxararaq aşırıb.

Nəticədə F.Qarayev və onun sərnişini olan həyat yoldaşı - 51 yaşlı Qarayeva Almaz Hacıağa qızı , oğlu 22 yaşlı Elvin Qarayev, qızları 21 yaşlı Nisə Qarayeva və 28 yaşlı Aytən Qarayeva müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Almaz Qarayevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, Aytən və Nisə Qarayevaların vəziyyəti kəskin ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm