Obama İŞİD liderinə sərt cavab verdi
Bizi izləyin

Dünya

Obama İŞİD liderinə sərt cavab verdi

ABŞ Prezidenti Barak Obama İraqda ABŞ hərbi təyyarələrinin İŞİD-i vurmasından sonra ilk açıqlama verib.

Axar.az xəbər verir ki, Obama İŞİD lideri Əl-Bağdadiyə qorxu gələrək İŞİD-in İraqda gözləniləndən daha sürətlə irəli doğru getdiyini bildirib.

Obama İraq hökumətinə və Peşmərgə qüvvələrinə hərbi dəstək verməyə davam edəcəklərini qeyd edib.

Qeyd edək ki, bu gün İŞİD lideri Əbubəkr Əl-Bağdadi də ABŞ-a qarşı sərt mesajla çıxış edərək bildirmişdi ki, “Bu mesajım Amerikaya, xristianların xaç daşıyıcılarınadır. Məni yaxşı dinləyin. Sizin adınıza döyüşənlər sizə İraq və Suriyada heç nə qazandırmayacaq. Tezliklə özünüzü “İslamın oğullarının” birbaşa qarşısında görəcəksiniz. Ki, onlar sizinlə döyüşmək üçün yaxşı hazırlaşıblar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm