Blinkenlə Lavrov arasında GÖRÜŞ BAŞLADI - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Blinkenlə Lavrov arasında GÖRÜŞ BAŞLADI - FOTO - (YENİLƏNDİ)

ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova məlumat verib.

Qeyd edək ki, görüş İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən Arktik Şurasının nazirlər iclasının bağlanış mərasimindən sonra baş tutub.

xxx

03:13 19.05.2021

ABŞ Dövlət katibi Entoni Blinkenin Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi tarix açıqlanıb.

Publika.az xəbər veri ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, görüş 19 may axşam saatlarında İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək Arktik Şurasının nazirlər iclasının bağlanış mərasimindən sonra baş tutacaq.

Qeyd olunub ki, nazirlər arasında görüş ABŞ-ın Moskva ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətlər yarada biləcəyini yoxlamaq üçün fürsət verəcək.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm