Türklərə atəş açıldı
Bizi izləyin

Dünya

Türklərə atəş açıldı

Hatayda Suriya sərhədi yaxınından keçən Asi çayında 8 qayıq ələ keçirən əsgərlərə avtomat silahlarla atəş açılıb.

ANS PRESS-in məlumatına görə, türk əsgərləri Suriya tərəfindən gələn hücuma cavab atəşi açıb. Hadisədə ölən və ya yaralanan olmayıb. Suriyanın döyüş təyyarəsinin Türkiyə sərhədinə yaxınlaşması da Türkiyənin 2 ədəd F-16 döyüş təyyarəsinin havaya qalxması ilə nəticələnib.

Türkiyə silahlı qüvvələrinin Baş qərargahından verilən açıqlamaya görə, Antakya rayonunun Narlıca diyarında Suriya sərhədi boyunca patrul həyata keçirən əsgərlər, Asi çayı ətrafında qaçaqmalçılıq və qeyri-qanuni keçid fəaliyyətlərində istifadə edilən 8 ədəd qayıq ələ keçirib.

Digər tərəfdən Suriya ordusuna aid SU-24 döyüş təyyarəsinin Cilvegözünün cənubundan sərhədə yaxınlaşmasından sonra Türk Hava Qüvvələrinə aid 2 ədəd F-16 döyüş təyyarəsi bölgəyə istiqamətləndirilib.

Suriyanın döyüş təyyarəsi sərhədə 2.6 dəniz mili qalmış geri çevrilərək bölgədən uzaqlaşıb.

Bundan sonra isə Türkiyənin 6 ədəd F-16 təyyarəsi Türkiyə-Suriya sərhədi boyunca patrul uçuşları həyata keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm