Dünya
Məşhur alimdən Ərdoğana dəstək
Dünya müsəlman alimləri birliyi Türkiyədə keçirilən
prezident seçkilərində favorit namizədini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Dünya Müsəlman Alimlər Birliyinin
sədri, məşhur alim Yusif əl-Qaradavi Türkiyə prezident seçkisində
Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini bildirib.
O, bu barədə “Facebook” hesabında yazıb:
“İsrailin Qəzzaya hücumları zamanı göstərdiyi münasibətlə,
Suriyadakı böhran ərəfəsində və Misirdəki hərbi zülmə qarşı çıxan
məzlum xalqın yanında olan Ərdoğanın bu hərəkəti bir çox ərəb
liderlərini çətin vəziyyətə saldı. Bu səbəblə də prezident
seçkisində etibarlı namizəd, səmimi və güclü lider olan Ərdoğanı
dəstəkləyir və Türkiyə xalqını da onu dəstəkləməyə çağırıram.”
Qeyd edək ki, bu gün, avqustun 10-da Türkiyədə ilk dəfə ümumxalq
səsverməsi yolu ilə prezident seçkiləri keçirilir. Dövlət başçısı
seçilmək üçün 3 namizəd – hakim Ədalǝt vǝ İnkişaf partiyasının
(AKP) namizǝdi, baş nazir Rǝcǝb Tayyib Ərdoğan, Cümhuriyyǝt Xalq
partiyası (CHP) vǝ Millǝtçi Hǝrǝkat partiyasının (MHP) ortaq
namizǝdi Ekmǝlǝddin İhsanoğlu vǝ Xalqların Demokratik partiyasının
(HDP) namizədi, kürdəsilli deputat Sǝlahaddin Dǝmirtaş
yarışacaq.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular