"Cəsədlərin üzərindən keçərək dağa çıxdıq" (FOTO)
Bizi izləyin

Dünya

"Cəsədlərin üzərindən keçərək dağa çıxdıq" (FOTO)

"Cəsədlərin üzərinə basa-basa dağa çıxdıq, daha sonra geri endik".

Publika.az-ın məlumatına görə, bu sözləri İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücumuna məruz qalmış yezidilər söyləyib.

Yerli kanallara açıqlama verən yezidilər o dəhşətli anları danışıblar: "İŞİD evlərimizdə ailəmizi, uşağımızı qətlə yetirdi. Cəsədlərin üzərindən keçərək dağa qaçdıq. Yolda aclıq, susuzluq və xəstəlikdən xeyli adam öldü".

Terrorçulardan qaçaraq dağlara sığınan minlərlə yezidi peşmərgənin yaratdığı təhlükəsizlik koridoru ilə İraqın Zaho mahalına axın edib.

Ancaq İŞİD-in hücumları başladığı gündən bu yana insanların axın etdiyi Zahoda artıq addım atmağa belə yer qalmayıb.

Qaçqın düşərgələri tamamilə dolub, insanlar səkilərdə, tikintidə, evlərin bağçalarında sığınmağa çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm