Türkiyədə 2 namizəd səs verdi
Bizi izləyin

Dünya

Türkiyədə 2 namizəd səs verdi

Türkiyədə keçirilən seçkilərdə prezidentliyə namizəd Ekmələddin İhsanoğlu Sarıyerdə Yeniköy ibtidai təhsil məktəbində səs verib.

ANS PRESS-in məlumatına görə, səs verdikdən sonra İhsanoğlu mətbuata açıqlama verib: ''Səs vermək çox müqəddəs bir vəzifədir. Bu gün insanlar sandıq başına gedir. İnşallah, bu axşam Türkiyə prezidentini öyrənəcək. Biz bu gün siyasətlə əlaqədar bir şey danışmayacağıq".

İhsanoğlu: "Sandıq başında vəzifəsindən sui-istifadə edənlər qınanılacaq. Bizim xalqımız milli iradəyə mənsubdur. Dünyanın gözü bizdədir. Türkiyədə ilk dəfə prezident xalqın səsiylə seçilir. Bizim xahişimiz bu seçkini sakitcə sona çatdırmaqdır'' sözlərini deyib.







CHP-nin başqanı Kamal Kılıçdaroğlu isə Çankaya Çukurambardakı Argentina İbtidai məktəbində səs verib.

Prezident Abdullah Gül səsini Ankaradakı Çankaya İbtidai məktəbində verəcək. Prezidentliyə namizəd və Baş nazir Rəcəb Tayyib Ərdoğan isə səsini İstanbulda Üsküdar Saffet ibtidai təhsil məktəbində verəcəyi gözlənilir.

MHP başqanı Dövlət Bahçalı isə Anıttepe orta məktəbində səs verib.



Namizədlərdən 2-ci səs verən Dəmirtaş olub. HDP-dən prezidentliyə namizəd Səlahəddin Dəmirtaş Diyarbəkirdə sandıq başına gəlib.

Səlahəddin Dəmirtaş, həyat yoldaşı və qızları ilə Diyarbəkirdəki Şəhid Jandarma baş leytenant Tofiq Pəhlivan orta məktəbində səs verdikdən sonra mətbuata müsahibə verib: "Bu gün ilk dəfə prezident xalq tərəfindən seçilir. Biz də səsimizi verdik. Nəticə nə olursa olsun, sülh, qardaşlıq istəyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm