Ərdoğan 56,97 faizlə irəlidədir (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Ərdoğan 56,97 faizlə irəlidədir (YENİLƏNİB)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərində , 56,97% səs faizi ilə liderlik edir. Trend - in məlumatına görə, bu barədə Türkiyənin Mərkəzi Seçki komitəsi məlumat verib.

Məlumata əsasən ümümilikdə ölkədə 45.54 % seçki qutusu açılıb.

Məlumata əsasən 35.55 % səs faizi ilə ikinci yerdə , İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu, üçüncü yerdə isə, 8.37% səs fazii ilə, kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaş gəlir.

20:40

Türkiyədə keçirilən prezident seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb.

Publika.az-ın məlumatına görə, Türkiyənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan böyük fərqlə rəqiblərini üstələyir.

Son məlumata görə, 15 milyon səs artıq sayılıb. İlkin nəticələr belədir.

Ərdoğan 52,3, Ekmeləddin İhsanoğlu 38,5, Selahattin Demirtaş 9.2 fazi səs yığıb.

Qeyd edək ki, müxalifət seçiklərdə total saxtalaşdırmaların olmasından şikayətçidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm