Oksigen balonu ilə səsverməyə getdi
Bizi izləyin

Dünya

Oksigen balonu ilə səsverməyə getdi

Türkiyə ötən gün ilk dəfə olaraq səsvermə yolu ilə yeni prezidentini seçdi.

ANS PRESS-in məlumatına görə, 51.95 faiz səslə Rəcəb Tayyib Ərdoğanın prezidentlik postunu qazandığı seçki səsvermələrində maraqlı anlar da yaşanıb. Belə ki, İstanbulun Kadıköy-Ərənköy bölgəsində yaşayan 81 yaşlı astma xəstəsi İsmail Haqqı Topçu oksigen balonu ilə səsverməyə gedib.

Atasının nəfəs çatışmazlığı çəkdiyini və oksigen balonu ilə yaşadığını bildirən oğul Mustafa Topçu, “Atam oksigen balonuna bağlı şəkildə yaşayır. Vətəndaşlıq vəzifəsini yerinə yetirəcəyi və mütləq səs verəcəyini dediyi üçün oksigen balonu ilə səsverməyə gətirdik” deyib. İsmail bəyin kimə səs veridiyi bilinməsə də, seçkidən və yaradılan şəraitdən razı qaldığı bildirilib.

Qeyd edək ki, astma – nəm, rütubətli havanın insanlarda yaratdığı ciddi sağlamlıq problemlərindən biridir. Genetik olan astma xəstəliyi ilə yanaşı nəmişlik və rütubətdən yaranan astma tutmaları da olur. Bu zaman xəstə nəfəs almaqda çətinlik çəkir, hətta boğulma halları da baş verə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm