Uşaqları əlindən alınan ana özünü atmaq istədi
Bizi izləyin

Dünya

Uşaqları əlindən alınan ana özünü atmaq istədi

Həyat yoldaşından ayrılan qadın uşaqlarını görə bilmədiyi üçün özünü 7-ci mərtəbədən atmaq istədi.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə İzmir şəhərində olub. Binanın pəncərəsində huşsuz vəziyyətdə oturaraq özünü atmaq istəyən 38 yaşlı qadının köməyinə xilasedicilər gəlib və onun intihar etməsinin qarşısı alınıb. Evdə araşdırma apararkən həm də problemlərdən dolayı onun spirtli içki qəbul etdiyi müəyyən edilib.

Xilas edildikdən sonra qadın hıçqıra-hıçqıra ağlayaraq həyat yoldaşının onu atdığını, uşaqlarını isə əlindən aldığını bildirib.

Polis əməkdaşları məsələ ilə bağlı araşdırmalara başlayarkən müəyyən ediblər ki, 2 uşaq anası olan E. A.-nın 25 yaşlı gənclə qeyri-qanuni münasibəti olduğuna görə, həyat yoldaşı bundan xəbər tutaraq ondan ayrlılıb.

Qeyd edək ki, intihara cəhd göstərən qadın məktəblərin birində ibtidai sinif müəlliməsi işləyir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm