Türkiyə paytaxtını sel basdı
Bizi izləyin

Dünya

Türkiyə paytaxtını sel basdı

İyunun 11-də günorta saatlarından başlanan güclü yağış Türkiyənin paytaxtı Ankarada sel və daşqınlara səbəb olub. Paytaxtın Sincan rayonunun Ayaş yolunda onlarla avtomobil su altında qalıb. İctimai nəqliyyatda, dayanacaqlarda ciddi problemlər yaşanıb.

Publika.az xəbər verir ki, güclü yağış səbəbindən şəhərin əsasən çökək ərazilərindəki yolları, tikintilərin giriş qatlarını və zirzəmiləri sel basıb. Tunel və aşağı keçidlərdə qalan avtomobillər dartılaraq çıxarılıb. Şəhər rəhbərliyi fəsadları aradan qaldırmaq üçün ərazilərə böyük nasoslar və aqreqatlar cəlb edib.

Metroloqlar güclü yağış, tufan və küləkli hava şəraitinin Anadolunun əksər bölgələrində davam edəcəyinə dair məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm