Abdullah Gül: “Partiyama qayıdacağam"
Bizi izləyin

Dünya

Abdullah Gül: “Partiyama qayıdacağam"

“Prezidentliyimin vaxtı bitəndə, şübhəsiz ki, partiyama qayıdacağam”.

Publika.az “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdullah Gül Prezident Administrasiyasında jurnalistlərin suallarını cavablandırır.

Avqustun 28-də Abdullah Gülün vəzifəsinin müddəti bitəcək. Ondan sonra AKP-yə qayıdıb-qayıtmayacağına dair sualları prezident Gül bu cür cavablandırıb: “Prezidentliyimin vaxtı bitəndə, şübhəsiz ki, partiyama qayıdacağam. Partiyama qayıtmağım mənim üçün təbii olan bir şeydir. İnanıram ki, Türkiyə çox güclü bir şəkildə yoluna davam edəcək”.

Xatırladaq ki, Abdullah Gül AKP-nin qurucularından və ideya müəlliflərindən biridir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm