Türkiyə Kabil aeroportunun təhlükəsizliyini təmin edəcək
Bizi izləyin

Dünya

Türkiyə Kabil aeroportunun təhlükəsizliyini təmin edəcək

ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Kabil hava limanında təhlükəsizliyi Türkiyə təmin edəcək.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidentinin təhükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

“Türkiyə Həmid Qərzayi adına aeroportun təhlükəsizliyində həlledici rol oynayacaq”, - Sallivan bildirib.

Onun sözlərinə görə, bu mövzuda iki ölkə prezidenti Co Bayden və Rəcəb Tayyib Ərdoğan arasında bu həftə baş tutmuş görüş zamanı söhbət olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm