İmran Xandan QƏTİ QƏRAR: Pakistan bu ölkəyə YOX DEDİ
Bizi izləyin

Dünya

İmran Xandan QƏTİ QƏRAR: Pakistan bu ölkəyə YOX DEDİ

Pakistanın Baş naziri İmran Xan ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Vaşinqton rəhbərliyinin bu ölkədəki əməliyyatları üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qətiyyətlə baza verməyəcələrini bildirib.

Publika.az xəbər verir ki, Baş nazir "HBO" kanalındakı "Axios on HBO" proqramına verdiyi müsahibədə Pakistanın hərbi bazalardan istifadəyə dair mövqeyini təsdiqləyib.

O, Pakistan ərazilərindən Əfqanıstana istiqamətli hər hansı bir hərəkətə və ya hərbi bazaya icazə vermə imkanlarının olmadığını söyləyib.

Baş nazir olmadan əvvəl də həm ABŞ-ın Əfqanıstan əməliyyatları üçün Pakistan ərazilərindən istifadə etməsinə və həm də Pakistana pilotsuz təyyarələrin endirilməsinə görə keçmiş hökumətləri tənqid edən Xanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra ölkəsində qeydiyyatda olan ABŞ-a məxsus hər hansı dron hücumu olmayıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm