Kiyev qələbə qazanmağın yolunu tapıb
Bizi izləyin

Dünya

Kiyev qələbə qazanmağın yolunu tapıb

Ukrayna ordusunun separatçılara qarşı əməliyatlarında yeni taktika daha uğurlu alınır.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, separatçıların mövqelərinə endirilən nöqtəvi zərbələr cəbhə hücumundan daha effektivdir.
“Separatçılar qonşu ölkədən artıq çox az yardım alırlar. Mühasirəyə alınma və terror dəstələrinin tədricən zərərsizləşdirilməsi gedir. Biz hazırda daimi hücumdayıq. Ancaq bunu çox ehtiyatla edirik”, - A.Lısenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm