Şok: AB Ukraynaya qoşun yeridir – Rəsmi
Bizi izləyin

Dünya

Şok: AB Ukraynaya qoşun yeridir – Rəsmi

Avropa Birliyi (AB) Komissiyasının başçısı Manuel Barrozo ilə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Pyotr Poroşenko arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, Komissiya başçısı Barrozo Putinlə danışığında Ukraynaya canlı qüvvə yeridiləcəyini bildirib. AB Komissiyasından verilən açıqlamada Barrozonun telefon danışığında hər iki liderə Ukraynada yaşanan böhranla bağlı narahatlıq ifadə edildiyi qeyd olunur.

Onu da bildirək ki, Barrozo Putinlə telefon danışığında Rusiya hərbi birləşmələrinin Ukrayna sərhədləri yaxınlığında toplanması, sərhəddən silah, avadanlıq və canlı qüvvələrlə separatçılara yardım edildiyini bildirib. Barrozo bu addımların böhranın aradan qalxmasına mənfi təsir edəcəyini vurğulayıb.

Eyni zamanda Barrozo Poroşenko ilə danışığında AB-nin Ukraynaya tez bir zamanda canlı qüvvə ilə yardım edəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm