Erməni partiya sədri: “Sərkisyan bundan sonra Moskvaya itaət etdi”
Bizi izləyin

Dünya

Erməni partiya sədri: “Sərkisyan bundan sonra Moskvaya itaət etdi”

“Ermənistanın gələcəyini təmin etmək üçün seçim imkanı var idi. Amma Avrasiya İttifaqına istiqamətlənməklə seçim şanslarını itirdik”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni mediasına açıqlamasında Erməni Ümummilli Hərəkat Partiyasının sədri Ararat Zurabyan deyib.

Onun sözlərinə görə, Qərbin sanksiyalarından sonra Rusiyada tezliklə başlayacaq proseslər Ermənistanın gələcəyini də sual altına qoyacaq.

Partiya sədri qeyd edib ki, Qərbə inteqrasiya istiqamətində atılan addımlar bu günə qədər Ermənistanı xilas edirdi: “Ermənistan Qərbə tərəf irəliləmək istəyirdi, lakin Rusiyanın təzyiqi ilə geri çəkildi. Hesab edirəm ki, bu çox davam etməyəcək. Çünki sanksiyalar Rusiyanı bir neçə il ərzində çökdürə bilər. Bu isə Ermənistan üçün faciə olacaq. Burada iki yol var: İşığa və qaranlığa tərəf getmək. Erməni hakimiyyəti isə erməni xalqını qaranlığa tərəf aparır”.

Ararat Zurabyan əlavə edib ki, Ermənistanın əsas problemlərindən biri də QHT sektorunun Rusiyaya işləməsidir.

“Onlar Rusiyaya xidmət etməkdə meyllidir və burada şantaj siyasəti aparılır. “Əgər Rusiyanın sifarişini yerinə yetirməyəcəksənsə, bunu səndən daha yaxşı edəcəyik və səni aradan qaldıracağıq” deyə şantaj edirlər. Xatırladım ki, Gömrük Şurasına üzv olmaq barədə razılıq verilmədən əvvəl bu qüvvələr payızda ciddi proseslərə başlayacağını bəyan etdilər. Sərkisyan isə bundan sonra Moskvaya gedərək itaət etdi”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm