Minlərlə əfqan ZİLLƏT İÇİNDƏ: "Taliban"ın hücumlarından qaçıb Tacikistana sığınırlar
Bizi izləyin

Dünya

Minlərlə əfqan ZİLLƏT İÇİNDƏ: "Taliban"ın hücumlarından qaçıb Tacikistana sığınırlar

"Taliban" hərəkatının hücumlarından qaçan yüzlərlə əfqan Tacikistana sığınıb.

Publika.az Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayəti hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, artıq vilayətdə Əfqanıstandan Tacikistana pənah gətirən 1000-dən çox qaçqın təhlükəsiz yerlərə yerləşdirilib. Qaçqınlar əsasən qocalar, qadınlar və uşaqlardan ibarətdir.

Xatırladırıq ki, son günlər "Taliban" yaraqlıları Əfqanıstanın Bədəxşan əyaləti ərazisinin bir çox hissəsini tutduğundan qaçqın axınının olması gözlənilən idi.

Əfqanıstan hökuməti və bir sıra beynəlxalq təşkilat qaçqınları qəbul etdiyinə görə Tacikistan hakimiyyətinə minnətdarlığını bildirib.

Son bir neçə gün ərzində isə əfqan hərbçiləri eyni səbəbə görə Tacikistan ərazisinə keçmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm