Merkel Putinə inanmır
Bizi izləyin

Dünya

Merkel Putinə inanmır

"Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinə inamını birdəfəlik itirib".

Publika.az-ın məlumatına görə, bu haqda "Financial Times" qəzeti yazıb.

Rəsmilərin dediyinə görə, buna səbəb Putinin dalbadal Merkelə yalan danışmağı olub. Rusiyanın Ukrayna işlərinə cəlb olunmağı və separatçılara dəstək verib-verməməyi barədə Putinlə Merkel telefonla 30 dəfədən çox danışıblar.

Müəllif Quentin Peel yazır ki, Merkel üçün etimad, inam çox vacibdir.

Putin Sovet dövründə Almaniya Demokratik Respublikasında KQB agenti olub. O əmin idi ki, Almaniyanı və onun indiki kansleri Merkeli yaxşı anlayır. Ancaq Putin Ukrayna məsələsində Merkelin davranışığını əvvəlcədən düzgün hesablaya bilmədi.

Hərçənd Merkel Rusiyaya aydın şəkildə göstərir ki, Putin ya Ukraynaya güzəştə getməlidir, ya da sanskiyalarla üzləşməlidir.

Almaniyada son rəy sorğusuna görə almanların 37 faizi Almaniyanın beynəlxalq böhranların həllində daha çox rol oynamasını, 60 faiz isə az rol oynamasını istəyir.

Putin başa düşür ki, Almaniya Ukraynanın müdafiəsi üçün qoşun yeritməyəcək. Ancaq bu o demək deyil ki, Almaniya heç nə etməyəcək.

Azadlıq Radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm