"Putinin Krıma səfəri qəbuledilməzdir"
Bizi izləyin

Dünya

"Putinin Krıma səfəri qəbuledilməzdir"

Ukraynanın Xarici İşlər Nazirliyi Putinin Krıma səfərini qəbuledilməz adlandırıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin başçının müavini Danil Lubkivski bildirib.

Ukraynanın Xarici İşlər Nazirliyi Krımda Rusiya Federasiyasının ali rəhbərliyinin iclasını keçirmək niyyətini qəbuledilməz hesab edir.

''Krım qanunsuz işğal edilib. Orada Rusiya Federasiyasının rəhbərliklərinin olması qəbuledilməzdir. Bu Ukrayna XİN-nin dəqiq və birmənalı mövqeyidir”, - deyə Danil Lubkivski bildirib.

Daha əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin avqust ayının 14-də Krımda Rusiya parlamentinin üzvlərinin və nazirlərinin qarşısında çıxış edəcək.

Vahid seçki günü ərəfəsində Dövlət dumasının dörd fraksiyasının deputatları Krımda və Sevastopolda seçicilərlə görüşürlər.

Öz növbəsində, Ukrayna prezidenti Petro Poroşenko dəfələrlə vurğulayıb ki, Krıma görə Rusiya Federasiyasıyla danışıqlarda Ukraynanın ərazi bütövlüyü məsələlərində güzəştlər olmayacaq. Həmçinin o əlavə edib ki, Krım məsələsində Ukraynanın milli maraqlarının müdafiəsi üçün Ukrayna bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm