Dünyada pandemiya qurbanlarının sayı 4.5 milyonu ötdü
Bizi izləyin

Dünya

Dünyada pandemiya qurbanlarının sayı 4.5 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 390 mindən çox artıb.

Publika.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 390 min 26 nəfər yeni koronavirusa yoluxub, 6 min 387 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 188 milyon 51 min 747, ölənlər isə 4 milyon 55 min 551 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (34,7 milyon), Hindistan (30,9 milyon), Braziliya (19,1 milyon), Fransa (5,8 milyon), Rusiya (5,8 milyon) və Türkiyədə (5,4 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm