Millət vəkilini daşıyan vertolyot qəzaya uğradı
Bizi izləyin

Dünya

Millət vəkilini daşıyan vertolyot qəzaya uğradı

Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) İraq parlamentindəki yezidi millət vəkili Viyan Dahilinin içində olduğu vertolyot ölkənin şimalındakı Sincar dağının ətəklərində qəzaya uğrayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “M-17” tipli vertolyotda jurnalistlər də olmaqla 20 nəfər olub.

Pilotun öldüyü, millət vəkili də daxil olmaqla digərlərinin yaralandığı bildirilir. Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm