Dünya
Qızıl Xaç Rusiyanın “humanitar karvanını” buraxmadı – Gərginlik
Artıq iki gündür Rusiyanın Ukraynanın şərqindəki əhaliyə humanitar yardım göstərmək istəyi meydana yeni faktlar çıxarıb.
Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu yöndə Moskva heç Beynəlxalq Qırmızı Xaç Komitəsinin çağırışlarını saymır. Səhər saatlarından 200 yaxın yük maşını artıq Ukrayna sərhədinə çatıb. Rəsmi Kiyev bir neçə gündür həyacan təbili çalır ki, Rusiyanın niyyəti humanitar yardım göstərmək deyil, bu gediş altında ölkənin şərqinə qoşun yeritmək, nəticədə də Donbas və Luqansk vilayətlərinin ilhaqı prosesini başa çatdırmaqdır.
Bu arada Ukrayna kəşfiyyat və təhlükəsizlik orqanları diqqət çəkən bəyanatla çıxış edərək, həmin yük maşınlarında zenit-raket komleksinin hissələrinin daşındığını vurğulayıblar. Prezident Poroşenko son gərginliyi aparıcı ölkələrin liderlərinin diqqətinə çatdırıb. Onlar da öz növbəsində Moskvaya humanitar karvanın yalnız Qırmızı Xaçın razılığı əsasında Ukrayna ərazisinə keçirilməsini mümkün saydıqlarını bildiriblər. Əlavə ediblər ki, Moskva mütləq yük maşınlarındakı tibbi ləvazimatların siyahısını təqdim etməlidir ki, Qırmızı Xaç icazə versin.
Rusiya öncə bundan imtina etsə də, son anda aparılan humanirat yardımın qismən yoxlanılmasına icazə verib. Qırmızı Xaç da önəmli bəyanatla çıxış edib və qurumdan bildiriblər ki, karvanın keçməsinə razı olmayıblar.
Bu dəqiqələrdə vəziyyət o qədər gərginləşib ki, Rusiyadan yüklərin sərhəddə qədər, oradan isə Ukrayna nəqliyyat vasitələri ilə ölkənin şərqinə daşınması ən optimal variant kimi göstərilib.
Son məlumatda Rusiya Xarici İşlər naziri hədə şəklində yüklərin yalnız Rusiyanın maşınlarında daşınmasının mümkünlüyünü bildirib.
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı
-
Sosial15:45
Aytən Səfərova barəsində cinayət işi başlanıldı