ABŞ iqtisadiyyatı 8 il əvvələ qayıtdı
Bizi izləyin

Dünya

ABŞ iqtisadiyyatı 8 il əvvələ qayıtdı

ABŞ-da ilin 10 ayı üçün ümumi büdcə kəsirinin təxminən 460 milyard dollar olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu göstərici ilə ABŞ-da büdcə kəsiri son 6 ilin ən aşağı səviyyəsinə düşəcək. ABŞ-ın İqtisadiyyat Nazirliyinin bu gün verdiyi açıqlamada iyul ayında büdcə kəsiri 94,6 milyard dollar göstərilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz aşağı olan bu rəqəm 2008-ci ildən bəri ən az büdcə kəsiri hesab olunur.

İyul ayında gəlirlər 5 faiz artaraq 211 milyard dollara qalxıb, xərclər isə 3 faiz artaraq 305 milyard dollara çatıb.

Ekspertlər ABŞ iqtisadiyyatında bu irəliləyişin səbəbini gəlirlərin artması və xərclərin azalması ilə əlaqələndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm