Ərdoğandan önəmli Gül açıqlaması - " AKP-yə dönəcək, amma..."
Bizi izləyin

Dünya

Ərdoğandan önəmli Gül açıqlaması - " AKP-yə dönəcək, amma..."

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş prezident Abdullah Gülün gələcək fəaliyyəti ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, Abdullah Gülün Çankaya Köşkündə düzənlənən vida toplantısına qatılan Ərdoğan önəmli açıqlamalar verib.

"Abdullah bəyin partiyasına, partiyamıza dönməsindən daha yaxşı bir şey ola bilməz. Belə bir addımın atılması da gözəldir."

Lakin Ərdoğan Abdullah Gülün partiya sədri olmayacağına işarə edib.

"Partiyamızın sədri və baş nazir ayrı adamlar ola bilməz. Allah nəsib edərsə ayın 27-də toplantımızı keçirəcəyik.Partiyamızda heç bir dəyişiklik olmayacaq, sadəcə sədr seçəcəyik."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm