Növbəti NATO təyyarəsi Kiyevə endi – Moskvaya təzyiq
Bizi izləyin

Dünya

Növbəti NATO təyyarəsi Kiyevə endi – Moskvaya təzyiq

Rusiyanın işğalçılıq siyasətinin qarşısının alınması istiqamətində Ukraynaya dəstək çərçivəsində Kanadanın hərbi texnika və tibbi ləvazimatlarla dolu növbəti yük təyyarəsi Kiyev yaxınlığındakı hərbi hava limanına eniş edib.

Axar.az Ukrayna mediasına istinadla xəbər verir ki, Kral Hərbi Qüvvələrinə məxsus "CC 177 Globemaster" təyyarəsindəki dəyəri 5 milyon dollar civarında olan yükün tərkibinə tibbi ləvazimatlar, dərman preparatları, zirehli gödəkçələr və digər hərbi ləvazimatlar daxildir.

Kanada hökuməti bununla Avropa və Şərqi Avropada təhlükəsizliyin qorunmasına dəstək verdiyini, həmçinin, hərbçilərinin istənilən fors-major hallara hazır olduğunu görüntülədiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə analoji Kanada təyyarəsinin Ukraynada eniş etməsi Kremldə qıcıq yaratmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm