Rusiyalı tarixçi: “Müharibə avqust və ya sentyabr ayında başlayacaq”
Bizi izləyin

Dünya

Rusiyalı tarixçi: “Müharibə avqust və ya sentyabr ayında başlayacaq”

ABŞ-da yaşayan rusiyalı tarixçi, böyük hay-küyə səbəb olmuş “Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır” kitabının müəllifi Yuri Felştinski “Azadlıq” radiosunun saytında bir məqalə ilə çıxış edib.

Publika.az-ın verdiyi xəbərə görə, məqalədə Ukrayna hadisələri və müharibə ehtimalından danışılır.

Onun sözlərinə görə, müharibənin yaxınlaşdığı artıq hamıya məlumdur: “Çünki Federal Təhlükəsizlik Xidməti Rusiyada hakimiyyətdədir. Müharibə qaçılmazdır. Rusiya qoşunları artıq Ukrayna ilə sərhəddə cəmlənib. Hücum isə ehtimal ki, “şərqdən” (Rusiyadan) və “cənubdan” (Krımdan) başlanacaq. Krım məhz hərbi müharibə meydanının yaradılması üçün tutulmuşdu. Görünür, bu müharibə avqust və ya sentyabr ayında başlayacaq”.

Rus tarixçi qeyd edir ki, 1914-cü ildə Avstriya-Macarıstan imperiyası, 1939-cu ildə isə Almaniya qurbanın müqavimətsiz təslim olacağını düşündükləri üçün dünya müharibələrinə başlamışdılar. Yuri Felştinski hazırda Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı Vladimir Putinin, həmçinin digər generalların belə düşündüyünü bildirib: “Rusiya ona görə yeni dünya müharibəsinə başlayır ki, bütün dünya onun böyüklüyünü dərk etsin. Nə vaxtsa Avropa Almaniyanın, Asiya və Amerika Yaponiyanın böyüklüyünü dərk etməli idi”.

“Mən sonda sadəlövhlüklə deməyə məcburam ki, Rusiyanın Ukraynaya təcavüzünü nəyin bahasına olursa-olsun, ən erkən mərhələdə dayandırmaq lazımdır. Nə qədər ki böyük müharibə başlamayıb, yaxşı olardı ki, bu zəif səsimi Rusiyada eşitsinlər. Hələ gec deyil”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm