Dünya
“Ebola“nın dərmanı tapıldı
Kanada "Ebola" virusu ilə mübarizə aparmaq üçün peyvənd hazırlayıb.
ANS PRESS-in məlumatına görə, yeni dərman hazırda təcrübə
mərhələsindədir. Kanadalı həkimlər peyvəndi artıq Dünya Sağlamlıq
Təşkilatına təklif edib.
Kanada səhiyyə naziri Rona Ambrose Dünya Sağlamlıq Təşkilatının
prezidenti Marqaret Çana zəng edərək yeni peyvənd barəsində məlumat
verib. Ambrose hazırda əllərində "VSV-EBOV" adlı peyvənddən 1 500
ədəd olduğunu söyləyib. O bildirib ki, bunun min dənəsini Ümumdünya
Səhiyyə Təşkilatına verməyə hazırıq: "Əlimizdəki bu dərmanı
təhlükəli epidemiyanın qarşısını almaq üçün təqdim etmək istəyirik.
Ümid edirik faydalı olar",- deyə kanadalı nazir bildirib.
Kanada Xalq Sağlamlığı Agentliyi sədrinin köməkçisi Qreqori Taylor
da açıqlama verərək peyvən barəsində danışıb. O bildirib ki,
peyvəndin ən yaxşı istifadə metodunu müəyyən etmək üçün təcrübə
aparılır. Taylor əllərindəki peyvənd nümunəsindən 10 ədədinin test
üçün Cenevreyə göndərildiyini də söyləyib.
Qeyd edək ki, hələlik heç bir müalicə üsulu və peyvəndi olmayan
"Ebola" virusu bu günə qədər mindən çox adamın ölümünə səbəb olub.
Bu virus sudan və ya havadan deyil, xəstələrin bədən mayeləri yolu
ilə yayılır.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi