Yezidilərin Türkiyəyə axını davam edir
Bizi izləyin

Dünya

Yezidilərin Türkiyəyə axını davam edir

İŞİD hücumlarına görə İraqın Mosul şəhərinin Sincar bölgəsindən qaçaraq Türkiyənin Şirnak şəhərinə sığınıb.

Publika.az xəbər verir ki, yaşadıqları bölgəni tərk etmək məcburiyyətində qalan Habur sərhəd məntəqəsindən Türkiyəyə keçən yezidilərin bəzisi Silopidən üç km uzaqlıqda yerləşən binalarda və onlar üçün qurulan çadırlarda qalır. Bəzisi isə Cizrədə yerləşdirilib. Bələdiyyə və bəzi vətəndaş cəmiyyətləri ilə bərabər yardım sevər insanlar da yezidilər üçün yardımlar edir.

Sincar bölgəsindən qaçan yezidi Bəkir Əhməd İŞİD hücumlarından fiziki əlil olan qardaşı ilə bərabər qaçdığını deyib. Qardaşı Həsən 20 ildir ki, fiziki qüsurludur. Əhməd “biz qaçan zaman onun çox qorxduğunu və uşaq kimi ağladığını gördüm. Ürəyim dayanmadı. Onu bu cür qoyub qaça bilməzdim. Qardaşımı belimə mindirdim və Türkiyəyə gəldik” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm