İsrail Braziliyadan üzr istədi – “Diplomatik cücə” böhranı
Bizi izləyin

Dünya

İsrail Braziliyadan üzr istədi – “Diplomatik cücə” böhranı

İsrail prezidenti Reuven Rivlin Braziliya prezidenti Rousseffdən üzr istəyib.

Publika.az “Ahaber”ə istinadən xəbər verir ki, İsrail prezidenti Reuven Rivlin Braziliya prezidenti Dilma Rousseffə zəng edərək ona üzrxahlıq edib. Məlumatı Braziliya Prezident Administrasiyası yayıb.

Xatırladaq ki, Braziliya Xarici İşlər Nazirliyi iyulun 23-də verdiyi açıqlamasında Qəzzada baş verənləri qəbul etmədiklərini bildirmiş və İsraili hədsiz şiddət göstərdiyinə görə qınamışdı.

Qalmaqal da bundan sonra yaranıb. İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Yiqar Palmor sözügedən açıqlamaya görə Braziliyanı “diplomatik cücə” adlandırıb və bu Cənubi Amerika ölkəsinin siyasi əhəmiyyət daşımadığını qeyd edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm