ABŞ İraqa daha 130 əsgər göndərdi
Bizi izləyin

Dünya

ABŞ İraqa daha 130 əsgər göndərdi

Sincar dağında əlacsız qalan minlərlə mülki şəxsin vəziyyəti ilə maraqlanmaq və əlavə humanitar yardım göstərmək üçün İraqın şimalına daha 130 əsgər göndərib.

Publika.az ABŞ müdafiə naziri Çak Hegelin verdiyi açıqlamaya istinadən xəbər verir ki, yeni hərbi birlik Ərbil yaxınlığındakı bölgəyə çatıb. Hegel bunun bir hərbi əməliyyat olmadığını, əsgərlərin sadəcə vəziyyətlə maraqlanacağını qeyd edib. Müdafiə naziri 8 illik müharibədən sonra ABŞ İraqa yenidən hərbi əməliyyatlar üçün əsgər göndərməyəcəyini vurğulayıb.

Xatırladaq ki, İraqın şimalındakı bu 130 əsgərdən başqa, Bağdadda 250 ABŞ əsgəri var. Həmçinin ABŞ-ın Bağdaddakı səfirliyində təhlükəsizliyi 455 mühafizəçi və 100 əsgər təmin edir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm