Növbəti ittiham: Saakaşvili arıqlamaq üçün büdcədən nə qədər xərcləyib?
Bizi izləyin

Dünya

Növbəti ittiham: Saakaşvili arıqlamaq üçün büdcədən nə qədər xərcləyib?

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili büdcə vəsaitlərinin bədxərcliyində ittiham edilir.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, Gürcüstan baş prokurorluğu Saakaşvilinin şəxsi məqsədləri üçün dövlət büdcəsindən 6 milyon dollar xərclədiyini iddia edib.

Onun bu vəsaiti masajçılar, ispan aşpazı, şəxsi dizayner, mehmanxanalar və suvenirlər üçün xərclədiyi bildirilir. Saakaşvilinin arıqlamaq prosedurunun dövlət büdcəsinə 113 min dollara başa gəldiyi iddia olunur. Təxminən 300 min dollar təyyarələrin icarəsi üçün ödənilib.

Gürcüstanın baş prokurorluğu ölkənin keçmiş prezidentinə bundan əvvəl səlahiyyət həddini aşması ilə bağlı ittiham irəli sürüb. Saakaşvilinin adı 2005-ci ildə Gürcüstan parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində keçir. Bu işin digər iştirakçısının isə keçmiş baş nazir Vano Merabişvilinin olduğu bildirilir. Bu, səlahiyyət həddini aşdığı üçün Gürcüstanın keçmiş prezidentinə qarşı qaldırılan ikinci cinayət işidir. İstintaq versiyasına görə, Saakaşvili 2007-ci il noyabrın 7-də Tbilisidəki mitinqin dağıdılması, “İmedi” televiziya şirkətinin talan edilməsi və mərhum oliqarx Badri Patarkatsişvilinin mülkiyyətinin mənimsəməkdə də təqsirkar bilinir.

Saakaşvili Gürcüstandan 2013-cü ilin noyabrında gedib və indiyədək ABŞ-da yaşayır. Tbilisi şəhər məhkəməsi avqustun 2-də onun bu cinayətlərə görə qiyabi həbs olunması haqda qərar çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm