İngilislər Türkiyənin yeni Baş nazirinin adını açıqladı
Bizi izləyin

Dünya

İngilislər Türkiyənin yeni Baş nazirinin adını açıqladı

İngilis xəbər agentliyindən CXP mitinqinin analizi: “Baş nazirin git­mək vaxtı gəlib”.

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CXP) İstanbul bələdiyyə başçılığına namizədi Mustafa Sarıgülün mitinqini izləyən “Röyters” xəbər agentliyi “tarixi bir seçki olacaq” dəyərləndirməsi edib.

Publika.Az –ın verdiyi xəbərə görə, agentlik “Tür­ki­yənin siyasi gö­rü­nü­ntüsünü dəyişdirəcəyi təxmin edilən seçkilər ön­ce­si müxalifət AK­P-nin qalası və ölkənin ən bü­yük şəhəri olan İs­tan­bul üçün vuruşur” yazıb.

Bələdiyyə seçkilərinin Gəzi Parkı hadisələri və “sui-istifadə əməliyyatı”ndan sonra baş nazir Rəcəb Tayyib Ərdoğanın reytinqinin yoxlanılamsı baxımından ilk imtahan olduğunu qeyd edən M.Sarıgülün bu sözlərinə yer verib:

“Ta­ri­xi bir se­çkilər olacaq. Hörmətli baş nazirin git­mək vaxtı gəlib. Bir baş nazir bir bələdiyyə başçısı haqqında danışmağa başlayırsa, deməli rəy sorğularını gö­rür. Həyacanını başa düşürəm”.

M.Sa­rı­gül uzun illərdir AK­P-nin rəhbərlik etdiyi İstanbulun Fateh bələdiyyəsi ərazisində keçirilən mi­tinqdə baş nazir Ərdoğan mesaj göndərərək “Fa­te­hdəki bu mitinqin se­si­ni eşit” de­miş­ti. Mi­tin­qi iz­ləyən “Röy­ters” də “İs­tan­bu­l­un ta­ri­xi qəlbi olan Fa­te­hdə Mustafa Sa­rı­gü­l­ün par­tiyası CXP inqilab edəcəyinə ümid edir” yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm