Dünya
İŞİD-dən Suriyaya böyük zərbə
Terror təşkilatı İraq və Şam İslam Dövləti (IŞİD)
Suriyanın Hələb şəhərinin Ahtar qəsəbəsində nəzarəti ələ
alıb.
Publika.az-ın "TRT Haber"-ə istinadən məlumatına görə, bu ərazilər
indiyə kimi silahlı müxalifətin əlində olub. İŞİD Ahtar qəsəbəsinin
Türkmen Barih, Hoz və Mesudiyə kəndlərinin nəzarətini Bəşər Əsəd
rejiminə müxalif olan qüvvələrdən geri alıb. Hələb yaxınlığında
İŞİD-lə silahlı müxalifət arasında şiddətli döyüşlər getdiyi
bildirilir.
Suriya müxalifətindən verilən açıqlamada bildirilir ki, İŞİD
bölgəyə hücumlarını intensivləşdirib və Hələb yaxınlığına böyük
qüvvə cəmləşdirməkdədir. Müxalifətin nəzarəti altında bir neçə
yaşayış bölgəsi isə mühasirəyə alınıb.
Tərəflər verdikləri itkilər barədə hər hansı bir açıqlama
verilməyib.
Bu arada məlum olub ki, İŞİD Suriyanın şimalında yerləşən Haseki
vilayətini ələ keçirməyə hazırlaşır. İŞİD ağır silahlarla Rakka
şəhərinə hücum edib. Həmçinin Bəşər Əsəd qüvvələrinin nəzarəti
altında olan Tabka Hərbi hava Qüvvələrinin qərargahına da İŞİD
tərəfindən hücumlar olunub.
Bütün bunlar isə onu deməyə əsas verir ki, İŞİD daha böyük
əraziləri nəzarəti altına almaq üçün Suriya ordusu və silahlı
müxalifəti qarşısına almaqdan çəkinmir. Özünü Suriya ərazisində ən
güclü qüvvə olaraq görür.
Siyasi şərhçilər isə bu fikirdədir ki, İŞİD-in Bəşər Əsəd rejiminə
müxalif ollan qüvvələrə qarşı hücumları Suriyada daxili müharibəni
daha da şiddətləndirəcək.
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər