• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Tokio olimpiadasında daha 31 nəfərdə koronavirus aşkarlandı

Tokio olimpiadasında daha 31 nəfərdə koronavirus aşkarlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artır.

Publika.az Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, son sutkada daha 31 nəfərin testi müsbət çıxıb. Virusa yoluxanlardan 1-i Yunanıstandan olan daha bir qadın idmançıdır.

Qeyd edilir ki, çərşənbə günü də virusa yoluxma hallarında yüksək – 29 yoluxma qeydə alınıb.

Bununla da Tokio-2020-də infeksiya aşkarlanan şəxslərin sayı 353 nəfərə çatıb. Qeyd edilir ki, iyulun 1-dən olimpiada üçün 543 min koronavirus testi götürülüb.

Yoluxmada əvvəlki maksimum göstərici avqustun 4-də qeydə alınıb. Həmin gün koronavirusa 29 yeni yoluxma aşkarlanıb.

Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR