• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Koronavirusa yoluxanların sayı 200 milyonu ötdü - ÜST

Koronavirusa yoluxanların sayı 200 milyonu ötdü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 658 mindən çox artıb.

Publika.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 658 630 nəfər yeni koronavirusa yoluxub, 10 215 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 200 174 883, ölənlərin isə 4 255 892 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 35 125 227 nəfər. Siyahıda daha sonra Hindistan (31 812 114), Braziliya (19 985 817), Rusiya (6 379 904), Fransa (6 068 252), Böyük Britaniya (5 952 760), Argentina (4 961 880), Kolumbiya (4 807 979), İspaniya (4 545 184), İtaliya (4 369 964) və İran (4 019 084) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR