Koronavirusa günlük yoluxma sayı 570 minə çatdı - ÜST
Bizi izləyin

Dünya

Koronavirusa günlük yoluxma sayı 570 minə çatdı - ÜST

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 570 minə yaxın olub.

Publika.az xəbər verir ki, pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 569 min 255 nəfər yeni koronavirusa yoluxub, 9 min 15 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 202 milyon 931 min 827, ölənlər isə 4 milyon 298 min 756 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (36,5 milyon), Hindistan (31,9 milyon), Braziliya (20,1 milyon), Rusiya (6,4 milyon), Fransa (6,2 milyon), Böyük Britaniya (6 milyon) və Türkiyədə (5,8 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm