"Taliban" Əfqanıstanın 18 əyalətinə nəzarəti ələ keçirdi
Bizi izləyin

Dünya

"Taliban" Əfqanıstanın 18 əyalətinə nəzarəti ələ keçirdi

“Taliban” hərəkatı artıq Əfqanıstanın 34 əyalətindən 18-nə nəzarəti tam ələ keçirib.

Publika.az Tacikistan mətbuatına istinadla xəbər verir ki, axşam saatlarında taliblər Loqar, Zabul və Uruzqan əyalətlərini, həmçinin mərkəzlərini Puli-Alem, Kalat və Trinkit şəhərlərini öz nəzarətinə keçirib.

Məlumatda bildirilir ki, gün ərzində taliblər Baqdis, Qur və Qilmənd əyalətlərinə, həmçinin Qəzni şəhərində daxil olublar.

Taliblər ələ keçirdikləri ərazilərdəki həbsxanalarda olan cinayətkarları azadlığa buraxırlar.

Əfqanıstan insan hüquqları üzrə Komissiyasının məlumatına görə, son bir ayda taliblər 1000-dən çox dinc sakini qətlə yetirib, 1 milyondan artıq sakin öz evlərini tərk edib. 18 milyon əfqanın humanitar yardıma ehtiyacı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm