Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Əfqanıstanda vəziyyət nəzarətdən çıxır"
Bizi izləyin

Dünya

Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Əfqanıstanda vəziyyət nəzarətdən çıxır"

"Əfqanıstanda vəziyyət nəzarətdən çıxır. Ölkə xaosa sürüklənir".

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, belə bir xəbərdarlıqla Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş çıxış edib.

"Sadəcə son bir ayda, xüsusilə Helmand, Qəndahar və Heratda mindən artıq insan qarşıdurmalar nəticəsində həyatını itirib. Əfqanıstan qüvvələri ilə "Taliban" arasında baş verən toqquşmalar şəhərlərə yayılıb. Nəticədə mülki əhaliyə böyük zərər dəyib. "Talibanı" hücumlara son qoymağa və əfqan xalqının maraqları naminə vicdanlı danışıqlara qayıtmağa çağırıram", - deyə baş katib bildirib.

A.Quterreş qeyd edib ki, "Taliban"ın nəzarəti altında olan bölgələrdə xüsusilə qadınlar və jurnalistlər hədəf alınır:

"İnsan haqlarına qarşı ciddi məhdudiyyətlər son dərəcə narahatedicidir. Əfqan qız uşaqlarının, qadınlarının çətin qazanılan hüquqlarından məhrum edilməsi ilə bağlı xəbərləri görmək dəhşətli və çox kədərlidir".

"Hakimiyyəti döyüşərək ələ keçirmək bir itkidir. Bu, Əfqanıstanı uzun sürən bir vətəndaş müharibəsinə və tam təcridə sürükləyəcək", - deyə BMT rəhbəri xəbərdarlıq edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm