Haitidə zəlzələ qurbanlarının sayı 1 297-yə çatdı
Bizi izləyin

Dünya

Haitidə zəlzələ qurbanlarının sayı 1 297-yə çatdı

Haitidə zəlzələ qurbanlarının sayı artıb.

Bu barədə Publika.az “Agency France Presse”ə istinadən xəbər verir.

Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 1 297 nəfərə çatıb.

Qeyd olunub ki, azı 5,7 min insan yaralanıb, onların 3,2 mini xəstəxanaya yerləşdirilib.

Hazırda dağıntılar altında olan insanların axtarışları davam edir. Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.

Qeyd edək ki, Haiti adasının qərbində zəlzələ baş verib. Yeraltı təkan Rixter şkalası ilə 7 balla qiymətləndirilib. Zəlzələnin ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, yerin 10 kilometr dərinliyində yerləşib.

xxx

Haitidə zəlzələ qurbanlarının sayı artıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli xilasedicilər məlumat yayıb.

Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 304 nəfərə çatıb. Həlak olanların 160-ı ölkənin cənubunun payına düşür. Qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanları sayı 1,8 min nəfərə yüksəlib.

Zəlzələ dünən baş verib. Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Yeraltı təkanlar 7,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

xxx

00:00

Haitidə zəlzələ qurbanlarının sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" ölkənin Mülki Müdafiəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 227 nəfərə çatıb.

Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Zəlzələ 7,2 bal gücündə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

xxx

20:12

Haiti yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

Publika.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Le-Ke kommunasından 40 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Məlumata əsasən, zəlzələ Haitinin paytaxtı Port-o-Prensdə də hiss edilib. Zəlzələ nəticəsində dağıntılan və xəsarət alanlar barədə məlumat verilməyib.

Sunami təhlükəsinin olduğu qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm