Daha bir güclü zəlzələ Haitini SİLKƏLƏDİ
Bizi izləyin

Dünya

Daha bir güclü zəlzələ Haitini SİLKƏLƏDİ

Bu gün səhər saatlarında Haitidə 5,9 bal gücündə zəlzələ baş verib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, zəlzələnin episentri ölkənin cənubunda, təxminən 125 min nəfər əhalisi olan Le Quet kommunasından 35 km aralıda, 30 km dərinlikdə yerləşib.

Zərərçəkənlər haqqında hələlik məlumat verilməyib.

Xatırladaq ki, şənbə günü səhər Haitinin eyni bölgəsində 7.2 bal gücündə zəlzələ oldu. İlkin məlumatlara görə, 304 nəfər ölüb, təxminən 1,8 min nəfər xəsarət alıb.

Hökumət bir aylıq fövqəladə vəziyyət tətbiq edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm