80-dən çox əfqan əsgəri Özbəkistanla sərhədi keçdi
Bizi izləyin

Dünya

80-dən çox əfqan əsgəri Özbəkistanla sərhədi keçdi

Şənbə günü azı 84 Əfqanıstan hərbçisi Özbəkistan sərhədini keçib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

"14 avqust 2021-ci ildə Əfqanıstanla dövlət sərhədinin bir hissəsində 84 nəfərdən ibarət Əfqanıstan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu dövlət sərhədini keçdi. Üç tibb işçisi də daxil olmaqla hamısı sərhədçilər tərəfindən saxlanıldı", - nazirliyin məlumatında deyilir.

Nazirlikdən bildirilib ki, Əfqanıstan vətəndaşlarına lazımi kömək göstərilib. Onlar qida və müvəqqəti yaşayış yeri ilə təmin ediliblər.

Nazirliyin müvfiq şöbəsi Əfqanıstan vətəndaşlarının vətənlərinə qaytarılması və Özbəkistan-Əfqanıstan Dostluq Körpüsü ərazisindəki vəziyyətin tənzimlənməsi ilə bağlı Kabillə danışıqlar aparır.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm