BMT-də Əfqanıstana görə xüsusi iclas çağırıldı
Bizi izləyin

Dünya

BMT-də Əfqanıstana görə xüsusi iclas çağırıldı

BMT-nin İnsan Hüquqları Şurası avqustun 24-ü Cenevrədə Əfqanıstanla bağlı xüsusi iclas keçirəcək.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Şuranın mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, xüsusi sessiya "Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi narahatlıq" ilə bağlı olaraq Əfqanıstan, Pakistan və İslam Əməkdaşlıq Təşkilatının koordinatorunun tələbi ilə keçirilir.

Bildirilir ki, iclasın keçirilməsini 89 dövlət dəstəkləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm